“Evimiz uçmaq təhlükəsi altındadır” - Lerik sakinindən Prezidentə MÜRACİƏT

22-07-2025, 10:49 2 795 dəfə baxılıb

 

Lerik rayonunun Kornədi kənd sakini Elxan Kərim oğlu Yəhyayev Prezident İlham Əliyevə müraciət edərək, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu və ailəsinin ciddi təhlükə altında yaşadığını bildirib. 


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, O Muxalifet.az redaksiyasına müraciətində qeyd edib ki, 1959-cu ildə tikilmiş evi, yerin sürüşkən olması səbəbindən, hazırda uçmaq üzrədir:

“Evin divarlarında iri çatlar yaranıb, pol sınmış, binövrə daşları dağılıb. Bir sözlə, ev yaşamaq üçün tam yararsız vəziyyətə düşüb. Ailə üzvlərim hər an qorxu içində yaşayır. Biz kasıb yaşayırıq, maddi imkanımız yoxdur”.

Elxan Yəhyayev müraciətində Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın humanist və qayğıkeş fəaliyyətinə güvəndiyini bildirərək, qəzalı vəziyyətdə olan evin yenidən qurulması və ya dəstək verilməsi üçün aidiyyəti qurumlara göstəriş verilməsini xahiş edib:

“Gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısını almaq üçün Sizdən kömək gözləyirik. Ümidimizi dövlətimizdən kəsməmişik və inanırıq ki, bizim bu ağır vəziyyətimizə biganə qalmayacaqsınız”.

Müraciət müəllifi, qanun çərçivəsində ona və ailəsinə mümkün olan dəstəyin göstəriləcəyinə ümid etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031