Nizami rayonunda uşaq parkı zülmət içində – Video

19-07-2025, 10:27 647 dəfə baxılıb

 

Nizami rayonu, Tofiq Abbasov 39 ünvanında yerləşən uşaq parkı zülmət içində qalıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, sözügedən ünvanda yerləşən park uzun müddətdir abadlaşdırılsa da, parkda işıqlandırma yoxdur. Sakinlər bildiriblər ki, parkda axşam saatlarında gəzmək, oturmaq mümkün deyil. Çünki göz-gözü görmür.
Sakinlərin sözlərinə görə, park hava qaraldıqdan sonra uşaq parkı yox, qorxulu məkana çevrilir:
“Hava adətən qaranlıq düşəndən sonra sərinlənir. Çoxu axşam saatlarında parka düşüb istirahət etmək istəyir. Qaranlıqda da bu mümkün olmur. Günəş batan kimi park qaranlıqlaşır. Nə uşaqlar oynaya bilir, nə sakinlər dincələ”.
Sakinlər abadlaşdırılan parkın tezliklə işıqlandırılmasını tələb edirlər.(Tribunainfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031