ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını İTTİHAM EDİR

12-07-2025, 10:56 1 403 dəfə baxılıb


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qusar rayonu, Yuxarı Ləgər kənd sakini Quliyeva Lətafət Balaverdi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.


Şikayətçi bildirir ki, “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və əmisi oğlu, keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu əlbir olaraq, onun 1.77 ha torpaq sahəsini ələ keçiriblər:

“Mən, Quliyeva Lətafət Balaverdi qızı, yazaraq bildirirəm ki, haqsızlığa uğramışam. Özüm şəhidi bacısıyam. Oğlum Quliyev Turan Qırım oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, veterandır.

Bildirim ki, ailəmizə məxsus 1.77 ha torpaq sahəmizə “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və əmisi oğlu, keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu, əlbir olaraq, saxta sənəd çıxarıblar. Həmin torpaq sahəmi Quba Rayon sakini Mehdiyev Bahadır adlı şəxsə satmışlar.

7 ildir bütün rəsmi qurumlara şikayət etsəm də, baxan yoxdur. Hikmət Xammədov deyir ki, “hara istəyirsən şikayət elə, arxamda dayanan adamım var”.

Keçirilən bütün məhkəmə proseslərində iştirak etmişəm. Saxta sənədlərin hər birini sizlərə də təqdim edəcəyəmm. Qarşı tərəf məhkəmədə iştirak etməyib. Torpağa aid bütün sənədlər məndədir. Bu günə qədər vergisini də mən ödəyirəm. 18.06.2025-ci il üçün 117 manat vergi gəlib.

Əllərində olan saxta müqavilənin yarısı çap maşını, yarısı isə kompüterlə yazılıb.

Atamla anam boşanmadığı halda, onları sənəddə boşanmış göstəriblər. Guya atamla anam ayrılıb, mən və qardaşıma isə atılmış uşaqlar kimi saxta qəyyumluq alıblar.

Maraqlısı isə budur ki, həmin qəyyumluq arxivdə aşkarlanmayıb.

Bizim dövlət qurumları bu qədər saxtakarlığa imza atır. Bütün bu dediklərimə dair əlimdə sənədlərim var".



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031