“Ks Baku” Mağazasında Uşaq Əməyi və Vergi Qaçağı: Nazirlik Tədbir Görməlidir
Nərimanov rayonunda “Ks Baku” adı ilə tanınan kişi geyim mağazasında, 18 yaşı tamam olmamış şəxslərin qanunsuz şəkildə işlədildiyi və işçi hüquqlarının kobud şəkildə pozulduğu aşkar edilib. Redaksiyamıza müraciət bildirilir ki, mağazada heç bir əmək müqaviləsi olmadan, gündəlik cəmi 8 AZN qarşılığında azyaşlı işçilərin çalışdırıldığını bildirib.
2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda minimum əmək haqqı 345 AZN təyin edilib. Lakin “Ks Baku” mağazasında azyaşlı işçilərə gündəlik 8 AZN (aylıq 240 AZN) verilərək bu qanun açıq şəkildə pozulur. Bu, nəinki əmək qanunvericiliyinə ziddir, həm də uşaq əməyinin istismarı kimi qiymətləndirilə bilər.
Mənbənin verdiyi məlumata görə, mağazada müştərilər tez-tez kartla ödəniş edirlər, lakin bu ödənişlər vergi orqanlarına düzgün şəkildə əks etdirilmir. Bu, mağaza sahibinin qara gəlir yaradaraq vergidən yayınması və dövlətin buxarına ziyan vurması deməkdir.
Vergilər Nazirliyi və Əmək Müfəttişliyi kimi qurumların dərhal bu məsələyə müdaxilə etməsi və təfərrüatlı araşdırma aparması tələb olunur. Əgər iddialar təsdiq olunarsa, mağaza sahibinə qanuni cəza tətbiq edilməli və zərər çəkən gənc işçilərin hüquqları bərpa edilməlidir.
İddialar ciddi olduğu üçün ictimaiyyət bu işin araşdırılmasını və ədalətin təmin olunmasını gözləyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Xususi.tv
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: