9 saylı cəzaçəkmə müəssisəsinin yeni rəisi Rəşad Əhmədov məhkumları incidir

10-07-2025, 10:32 2 374 dəfə baxılıb

2014-cü ildə bilməyərəkdən adam öldürmə cinayətində iştirakı səbəbindən 15 il müddətinə azadlıqdan məhrum edilmiş Rauf Rəhimovun cəza çəkdiyi müəssisədə təzyiqlərə məruz qaldığı bildirilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Anaxeber.az-a ünvanlanan məktubda qeyd olunub ki, 9 saylı cəzaçəkmə müəssisəsinə yeni təyin olunmuş rəis Rəşad Əhmədov nümunəvi məhkum Rauf Rəhimovun hüquqlarını pozur:

"Məhkum Rauf Rəhimov 2016-cı ildən etibarən 8 saylı cəzaçəkmə müəssisəsində 'rəssam' kimi çalışıb, bu müddət ərzində dörd dəfə peşə təhsili alıb və nümunəvi davranışına görə 26 dəfə həvəsləndirmə tədbiri tətbiq edilib.

İndi isə yeni rəis onu işdən azad olunmasına dair ərizə yazmağa məcbur edir. Əks halda, başqa müəssisəyə köçürüləcəyi ilə təhdid edir".

Məktubda qeyd olunub ki, rəis bilərəkdən məhkum Rauf Rəhimovun telefon və video görüşlərini, eləcə də anası tərəfindən göndərilən dərmanların qəbulunu məhdudlaşdırır.

Məlumata görə, Rəhimov xroniki böyrək çatışmazlığından əziyyət çəkir və ömürlük dərman müalicəsinə ehtiyacı var.

"Məhkumun öz vəsaiti hesabına aldığı dərmanların ona verilməməsi haqsızlıqdır", — məktubda vurğulanır.

Şikayətçi aidiyyəti dövlət qurumlarından məhkumun səsləndirdiyi iddialara diqqətlə yanaşmağı və hüquqlarının bərpasına kömək göstərməyi xahiş edir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031