"City Net" kimi ələ salır? - "Jurnalistlərin binası"ndakı sakinləri, dövlət dilimizi, yoxsa özünü? (FOTO)

7-07-2025, 11:54 1 561 dəfə baxılıb

 

Bakının Səbail rayonu, Yeni Salyan şossesi -22-də yerləşən "Jurnalistlərin binası"nda sakinləri "dolayan" "City Net" internet şirkətinin özbaşınalıqları haqda şikayətlərdən birinə təxminən bir ay sonra gülünc cavab verilib.

Bu barədə Mia.az-a açıqlama verən sakinlərdən birinin sözlərinə görə, dünən, yəni bazar günü "City Net" onun mobil nömrəsinə ötən ayın əvvəlində fırldaqçılıqla bağlı etdiyi şikayətə rəsmi dövlət dilimizi ayaqlar altına alan anlaşılmaz SMS-lə (SMS olduğu kimi aşağıda təqdim etmişik - Mia.az) "cavab" gəlib.

Şirkətin anlaşılmaz "cavab"ını dilimizə uyğun düzəlişlə təqdim edirik: "Salam. Əməkdaşımızın Sizə yanlış xidmət göstərməsinə dair müraciət etmisiniz. Məmnuniyyətinizi qorumaq üçün Sizə hər zaman daha yüksək xidmət göstrmək üçün çalışacağıq. Hörmətlə, Citynet".

Göründüyü kimi, tamamilə anlaşılmaz cavabdır, deyilmi?!

Adam nə müqavilə verilib, nə vəd olunan xidmət göstərilib, şirkət isə deyir ki, "Sizə hər zaman daha yüksək xidmət göstrmək üçün çalışacağıq". Bu, Jurnalistlər binasının sakinlərini ələ salmaq deyilmi?

Halbuki, şikayət şirkətin abunəçiyə müqaviləni təqdim etməməsi və yalan vədlərdən  bəhs edib (Həmin şikayətlə bu linkdən tanış ola bilərsiniz:

https://mia.az/w1085107/quotcity-netquot-quotjurnalistlerin-binasiquotnda-sakinleri-quotdolayibquot-imzasiz-muqavileler-saxta-vedler-ve-cavabsiz-sikayetler-2025-07-02-141108

Yeri gəlmişkən, bu şirkət məşhur "MTN əməliyyatı"ndan sonra BTRİB-nin o vaxt qandallanan sabiq rəhbəri Beytulla Hüseynovun əlindən alınıb və “Uninet” şirkətinin icraçı direktoru Rasim Kərimovun sərəncamına verilib. Şirkət indi də onun nəzarətindədir, ya yox?! Əlbəttə, maraqlı mövzudur və bu istiqamətində araşdırmamız davam edir.MİA.AZ 

img






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031