Mərdəkanda qanunsuz tikinti işlərinə hansı məmur icazə verib?-Video

3-07-2025, 10:45 689 dəfə baxılıb

 

Xəzər rayonu Mərdəkan qəsəbəsi qanunsuz tikinti həyata keçirilir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, XALQ-a daxil olan məlumata görə Mərdəkan qəsəbəsində icra hakimiyyətinə yaxınlığında parka gedən küçədə heç bir rəsmi icazəsi olmayan obyekt inşa edilir.

Xəzri küçəsinin inşa edilən bu qanunsuz obyektlə bağlı narazılıqlar yaranıb .

Ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olan tikinti barədə dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələrdə heç bir tədbir görülməyib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında tikinti ilə bağlı heç bir qeyd yoxdur.

İddialara görə Xəzər rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “razılaşma” əsasında bu işlər görülür.

Qeyd edək ki, Xəzər rayonu ərazisində belə qanunsuz tikintilər ilk dəfə deyil. Məsələ ilə bağlı rayon Xəzər rayonu icra hakimiyyətindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031