Azərbaycanın Təhsil müəssisələrində Xocalı qurbanları yad edilib

26-02-2025, 17:49 203 dəfə baxılıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbirlər keçirilib.

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin, Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ilə başlayıb.

Tədbirlərdə böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılması işinin dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib.

Vətən Müharibəsi və lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və ölkəmizin suverenliyinin tam bərpa edilməsi, Xocalı sakinlərinin artıq öz evlərinə geri dönməsi, Qarabağda gedən yenidənqurma işlərinin sürətlə davam etdirilməsi şagirdlərin nəzərinə çatdırılıb.

Həmçinin Xocalı qurbanlarının xatirəsinin daim uca tutulması və bu qanlı hadisənin beynəlxalq aləmdə tanıdılmasında yetişməkdə olan nəsillərin öz töhfələrini verməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub. Bundan əlavə, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış  “Ana harayı” abidəsini və Azərbaycan Respublikasının Hərbi Prokurorluğundakı Memorial Soyqırım  Muzeyini  ziyarət ediblər.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031