Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb?

30-06-2025, 15:02 861 dəfə baxılıb

Xaçmazda daha bir biabırçılıq.

DogruXeber.az; - Şəhərin mərkəzində yerləşən və şəhid İsmət Qayıbovun adını daşıyan 3 nömrəli tam orta məktəbin həyəti satılıb. Bu barədə redaksiyamıza şəhər sakinləri məlumat verib. Bildirilir ki, məktəbin həyəti illərdir yerli icra strukturlarının və müvafiq qurumların “susqun himayəsi” altında naməlum şəxsə verilib və artıq ərazidə tikinti işlərinə start verilib.

Əldə etdiyimiz məlumata görə, bir neçə il öncə də həmin ərazidə yerləşən ağacların gecə saatlarında kəsilməsi cəhd olunub, lakin sakinlərin şikayətindən sonra Xaçmaz Rayon Polis Şöbəsi müdaxilə edərək prosesi dayandırıb. Uzun müddət toxunulmaz qalan bu sahədə bir neçə gün əvvəl yenidən hasarlama işləri aparılıb, ağaclar kəsilib və hazırda ərazidə tikinti işləri görülür.

Şəhid məktəbinin həyəti də satılacaqsa, qalan nədir?!

Məsələ ilə bağlı şəhər sakinləri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin qəbulunda olduqlarını, məsələni birbaşa başçıya çatdırdıqlarını bildiriblər. Amma təəssüf ki, görünən odur ki, icra başçısı ya susur, ya da bu proseslərə göz yumur. Əgər xəbəri olub müdaxilə etmirsə, bu vəzifə səlahiyyətlərinin aşılması, əgər xəbəri yoxdursa, bu idarəetmədə iflasa uğramağın göstəricisidir.

Əraziyə aid yaşıllığın qırılması, tikinti işlərinin aparılması birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Amma görünən odur ki, nazirliyin səlahiyyətli şəxsləri bu qanunsuzluqlara göz yummaqla məşğuldur.

Xüsusilə, nazirin birinci müavini Rəşad İsmayılov, nazir müavini Vüqar Kərimov, və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov bu məsələdə birbaşa məsuliyyət daşıyan şəxslərdir. Əgər bu ərazidə ağaclar kəsilirsə və tikintiyə başlanılıbsa, deməli ekspertiza rəyi verilib və bu da ekoloji cinayətin rəsmi möhürlə təsdiqidir.

Xaçmazla bitmir – ölkə üzrə ekoloji soyqırım faktları

Xaçmazdakı biabırçılıq ölkənin hər yerində davam edir. Redaksiyamıza daxil olan məlumatlara əsasən:

Qubanın Vəlvələ çayında uzun illərdir qanunsuz karyer fəaliyyəti aparılır, çay yatağı dağıdılır.
Qudyal çayının məcrası qanunsuz fərdi evlərlə zəbt edilib – bu da ekologiyaya ciddi zərər vurur.
Bakının Nəsimi, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında yaşıllıqlar açıq şəkildə kəsilir, yerində tikililər salınır.
İmişli rayonu ərazisində isə geniş şəkildə ekoloji terror hadisəsi baş verir.

Bütün bu faktlar onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sadəcə kağız üzərində fəaliyyət göstərən, “rəylə” cinayətləri ört-basdır edən quruma çevrilib.

Son olaraq… Əgər şəhidin adını daşıyan məktəbin həyəti pulla satılırsa, sabah ölkənin hansı dəyəri qorunacaq? Əgər ağaclar gecəylə qırılıb, tikinti hasarları çəkilirsə, ekoloji qanunlar niyə işləməlidir ki?

"DogruXeber.az" olaraq məsələni diqqətdə saxlayırıq. İcra başçısı Elnur Rzayevdən, ETSN rəhbərliyindən ictimai və hüquqi izahat gözləyirik. Xalqın gözü tərəzidir – bu dəfə tərəzi çoxdan əyilib. Amma heç olmasa gec də olsa, ədaləti yerinə qaytarın!

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031