Mirvari Qəhrəmanlı: ""Azəriqaz"dakı struktur islahatları nəzarətə götürülməlidir" - "Rövşən Nəcəf, bu şəxsi kim işə götürəcək?"

21-06-2025, 10:33 402 dəfə baxılıb

 

"Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR prezidenti Rövşən Nəcəfə müraciət 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, müraciətində SOCAR-ın tabeliyindəki "Azəriqaz"da gərginlik yaradan struktur və kadr siyasətindəki nöqsanları qabardıb:

"SOCAR prezidenti, cənab Rövşən Nəcəf! 63 yaşlı şəxsi  kim işə götürəcək? Təqaüdə çıxana kimi  bu insan hansı vəsaitlə yaşamalıdır? İnsafınız olsun.

Məsələn, Sevinc Mansurova yazır: 

- Mənim yoldaşım Mansurov Ayaz Ziyəddin oğlu "Azəriqaz" İB-dən bildiriş verilib. Yoldaşım 2006-cı ildən "Azəriqaz"da təmirçi-çilingər işləyir. İndi onun 63 yaşı var. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır, öz işini bilən, sözə baxan işçidir. "Azəriqaz" rəhbərliyi imkan vermir ki, yoldaşım 2 ildə işləsin, təqaüdə çıxsın.

Çox xahiş edirəm, ARDNŞ (SOCAR) rəhbərliyindən mənim yoldaşımın işinə bərpa olunmasına köməklik etsinlər. Bizim öhdəmizdə tələbə oğlumuz var. Oğlum ali məktəbi oxuyub bitirməli, iş tapmalıdır. Onun hələ atasının dəstəyinə ehtiyacı var...".

M.Qəhrəmanlı daha sonra başqa bir şikayəti paylaşaraq, SOCAR prezidentinə səslənib: 

"SOCAR, "Azəriqaz" İB,  niyə cənab rəis?

2009 cu ildən Salyan RQİİ işləyən  Zahir Əmirovun da Sürücülük vəsiqəsi (?) olmadığı üçün ona da işdən azad olunması ilə bağlı bildiriş verilib.  O qeyd edir ki, çalışdığı idarədə müayinə və nəzarət xidmətində vakant yer olduğu halda ona iş təklif olunmadı. O, həm də hər ay 508 manat  aliment ödəməlidir".MİA.AZ


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031