Azərbaycanda həkim yoxdur – Kardioloqdan etiraz

20-06-2025, 11:22 1 397 dəfə baxılıb

  “Azərbaycanda həkim yoxdu, həkim yoxdu” sözləri beyinlərə elə yeridilib ki, bir çoxu manqurd kimi bu cümləni təkrarlayır.

“Medicina” xəbər verir ki, bu sözləri kardiloq Günay Rəhimova çalışdığı klinikada xəstə ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən yazıb.

“Gecə çalışdığım xəstəxanaya ağır vəziyyətdə xəstə gətirilib. Səhərə yaxın vəfat edib. Səhər işə gələndə dəhliz insanlarla dolu idi. Ortada oturub xəstəxananı yas yeri ilə dəyişik salan qadınlar, bunu videoya çəkib jurnalistlərə ötürən kişilər, pərişan halda bunları kənardan izləyən digər xəstələr.

Çox ağır vəziyyətdə gələn ( bizdə xəstə ayağı ilə yeriyə - yeriyə gəlirsə ona yüngül vəziyyət deyirlər -red) bir xəstə ağırlığı anlaşıldıqdan sonra reanimasiyaya alınır və səhərə yaxın vəfat edir.

O qədər beyinlərə “Azərbaycanda həkim yoxdu, həkim yoxdu” sözləri yeridilib ki bir çoxu manqurd kimi bu cümləni təkrarlayır. Heç demir ki misalçün keçən ay dayım, əmim, atam, xalamqızı ya əmimoğlu filan yerdə əməliyyat oldu, sağaldı, yaşayır, yaxşıdı, ailəsinin yanındadır.

Heç demir ki Azərbaycanda bir zamanlar xəyal olan, icbari sığorta var, heç demir ki biz tədbirlərdə yığışıb xarici həkimlərə icra etdiyimiz çətin əməliyyatları onlar necə maraqla izləyir. Heç demirlər ki, Azərbaycanda diridən, ölüdən transplantasiya var, neçə neçə insan bununla sağlamlığa qovuşur, yaxın zamamda ürək transplantasiyasına başlayırıq.

Heç demir ki, xəstəxanalarda hər gün onlarla insan məhz o sevmədiyiniz həkimlərin səyi ilə həyata qaytarılır.

O videonu çəkən insan- sənin xəstənin, ağır deyildisə reanimasiyada nə işi var idi.. Sənin xəstən üçün gecə evdən gələn həkim qatildir onu öldürə???
Bu nə xəstə məntiqdi? Bu nə cahil düşüncədir?


Nə zamana qədər bizim əməyimiz heç ediləcək? Nə zamana qədər Allahsız davranıb hər kəsin həyata yapışıb yaşamağını istəyəcəksiniz? Nə zamana qədər ki, belə edəcəksiniz o zamana qədər də və get gedə daha dərinləşən şəkildə ağır xəstələri qəbul etməyəcəyik”.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031