39 il əvvəl vəfat edən qadının ailəsi ölüm haqqında şəhadətnamə ala bilməyib - SƏBƏB

16-06-2025, 11:08 602 dəfə baxılıb

25 avqust 1925-ci ildə anadan olan qadın 18 dekabr 1986-cı il tarixində vəfat edib və həmin tarixdə də dəfn edilib. Lakin bu günə qədər onun ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə verilməyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, vəfat edən qadın Yevlax şəhəri, C.Cabbarlı küçəsi, bina 5, mənzil 15 ünvanında yaşayıb. Həmin ünvanda da vəfat edib.

Belə ki, vəfat edən qadının oğlunun müraciətinə əsasən, ölümünü təsdiq edən sənəd olmadığı üçün müvafiq orqandan ona ölüm haqqında şəhadətnamə verilməyib və məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Ona görə də o, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edib.

Yevlax Rayon Məhkəməsinin qərarı ilə qadının 1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib. (trend.az)


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031