Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...

16-06-2025, 10:59 629 dəfə baxılıb

Gədəbəydə məmur özbaşınalığı geniş vüsət almaqdadır.


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "DİA-AZ"a gileylənən gəbəylilər iddia edir ki, məhz özlərini toxunulmaz hiss edən ayrı-ayrı vəzifəli şəxslər səbəbindən bu gün yerli sakinlər rayondan qaçmaq zorunda qalırlar.

Sakinlər iddia edir ki, konkret olaraq Gədəbəy rayonu Saratovka kəndinin örüş yeri qanunsuz olaraq yerli məmurlar tərəfindən zəbt olunub və nəticədə kəndlilər heyvanlarını otara bilmələri üçün yer tapa bilmirlər.

Sakinlərin bildirdiyinə görə, hətta müqavilə ilə sahibi olan torpaq sahələri belə örüş yeri olaraq zəbt olunub.

"Məsələn, Xəyal Rzayev adlı birisi var və açıq şəkildöə özbaşınalıq edir" deyən narazı Gədəbəy sakinləri qeyd edirlər ki, X.Rzayev özü Gədəbəy rayon məhkəməsinin icra şöbəsində işləsə də əsas himayədarı yerli icra hakimiyyətində oturub.

Qeyd edək ki, narazılığa səbəb olan örüş yeri ilə bağlı Gədəbəy rayon icra hakimiyyəti də məlumatlandırılıb: "Amma görünür ki, kimisə kəndlinin durumu düşündürmür. Kəndlinin heyvanları acından da ölsə, məmurların heyvanları tox olmalıdır..."

Məsələ diqqətimizdədir...



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031