Deputat oğlu ilə 47 yaşlı qadını öldürdü – Sinif yoldaşı olublar – FOTO

25-02-2025, 18:45 161 dəfə baxılıb

 

Rusiyada iki məmur qətl törədib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Rımnikski kənd qəsəbəsinin 47 yaşlı rəhbəri Dmitri Rudski məktəb illərindən bəri sinif yoldaşı Gülnaz Valeyevaya qarşı antipatiya hissi bəsləyirmiş. Onlar bir neçə il davam edən münaqişə yaşayıblar. Zaman keçdikcə aralarındakı münasibətlər daha da gərginləşib, Rudski qadını dəfələrlə fiziki zorakılıqla hədələyib. Gülnaz isə bu hədələrə cavab olaraq polisə müraciət edib.

Fevralın 24-nə keçən gecə Rudski özü ilə yerli şuranın deputatı Aleksandr Brukhal və oğlu Andreyi götürərək Gülnazın yaşadığı ünvana gedib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, O, əvvəlcə avtomobillə qadının üzərindən keçməyə cəhd edib, sonra isə onu avtomobilin baqajına qoyaraq, rayon mərkəzindən 30 kilometr uzaqlıqdakı Morozovka kəndinə aparıblar. Orada qadına işgəncə verərək onu amansızcasına qətlə yetiriblər.

Gülnazın meyiti dərədə tapılıb. Məlumata görə, cəsədin üzərində yanıq izləri də olub.

Cinayəti törədən üç nəfər dərhal saxlanılıb və günahlarını etiraf ediblər. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin “Oğurluq” və “Bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədilmiş adam öldürmə” maddələri ilə cinayət işi açılıb.

Hazırda istintaq davam edir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930