RƏZALƏT: Masazırda əhaliyə mal əti adı ilə camış əti satılırmış

25-02-2025, 18:35 190 dəfə baxılıb

 

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb.

“Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir”,- deyə məlumatda qeyd edilib. (proses.az)

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031