“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?

30-05-2025, 10:37 1 075 dəfə baxılıb

“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb”

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspert Elm və Təhsil Nazirliyi tərəfindən bir neçə siniflər üçün gimnaziyaya qəbulun qadağan edilməsini şərh edərək bu addımı nazirliyin bacarıqsız insanlar tərəfindən idarə edilməsinin acı nəticəsi adlandırıb:

“Gimnaziyaya qəbul bir neçə gün öncə 4-cü siniflər üçün deyil, 5-6 və 8-ci siniflər üçün qadağan edilmişdi. Sosial şəbəkə, o cümlədən KİV üzərindən olan etirazları fonunda Təhsil İnstitutu bu mənasız və ağıla, məntiqə sığmayan qərarı icra etmək məcburiyyətində qaldı. Bu, Elm və Təhsil Nazirliyində təhsil sahəsində bilik və bacarıqları, səriştəsi olmayan insanların əsas funksional idarəetmə vəzifələrdə işləməsinin acı nəticəsidir. Onların verdikləri yanlış qərarlar minlərlə insana təsir edir”.
Təhsil eksperti hesab edir ki, lisey gimnaziyalarının təhsil müddəti artırılmalıdır:

“Ümumiyyətlə, lisey gimnaziyaları 12 illik təhsilə və ilk olaraq lisey gimnaziyaları publik hüquqi şəxsə keçməlidir. Nəticə çox ağırdır. Nəticə ona görə ağırdır ki, Emin Əmrullayevin yaxın dostu Təhsil İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini icra edən Elnur Əliyev qəbul etdikləri qərarların əsaslandırılmasını verə bilmirlər. Sual olunur, niyə bu qərara gəldilər? Niyə bu siniflərə qəbul dayandırılıb? Niyə? Cavab yoxdur, ona görə ki, əsaslandırma da yoxdur. Deyirlər ki, belə istəyirik. “Belə istəyirik” deməklə təhsili idarə etmək olmaz. Addımlarını şərh edirlər ki, beynəlxalq təcrübədə var. Yoxdur axı! Beynəlxalq təcrübədə var ki, lisey, gimnaziyalar 5 yaşdan, hətta 1 yaşdan uşaqları qəbul edirlər. Lisey gimnaziyalarının qəbulunda əsas məsələ uşaqların IQ qabiliyyətinin, istedadının ölçülməsidir. Azərbaycan təhsili haqqında nəyi şərh edək? Nə deyək axı? Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb. Kim necə istəyirsə, elə də qərar qəbul edir. Bu qərarların nəticəsini düşünmür.

Mən sizin sayta təşəkkür edirəm ki, məsələni işıqlandırdınız, TV-lər, təhsil mütəxəssisləri şərh edirlər, mən 20-ə yaxın sayta son 3 gündə müsahibə vermişəm. KİV-də bu problemi işıqlandırılmasının nəticəsində səhvlərini başa düşdülər”.
Ekspert Elm və Təhsil Nazirliyinin başqa bir səhvini aşkara çıxarıb:

“31 may-1 iyun tarixinə 5-6-8-ci siniflər üçün sınaq imtahanının biletləri satılmışdı”.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031