Ceyranbatan Bələdiyyəsindən narazılıq: "Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur"-VDİEO

21-05-2025, 10:42 685 dəfə baxılıb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H.Cavid küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Sakinlər Ceyranbatan Bələdiyyəsindən narazılıqlarını bildirirlər:

“Biz, sakinlər, artıq cana doymuşuq. Bu, sizə göndərdiyimiz videodan da açıq-aydın görünür. Ərazidə hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur.

Hara şikayət edirik, "büdcədə pul yoxdur" deyirlər. Abşeron Rayon İcra Hakimiyyəti də məsələyə laqeyd yanaşır.

Qeyd edək ki, hər dəfə yağış yağanda da evləri, həyət-bacanı su basır. Aidiyyəti qurumların isə yalnız cavabı bu olur ki, "vəsait yoxdur". Axı, insana belə zülm vermək olmaz. Biz sakinlər nə edək? Bataqlıqda xəstəlik tapaq?

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bizə kömək edilsin”.

Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031