RƏZALƏT: “Ümid Klinikası”nda sertifikasiyadan keçməyən həkimlər çalışır

25-02-2025, 10:21 125 dəfə baxılıb

 

Sumqayıt şəhərində fəaliyyət göstərən “Ümid Klinikası” ilə bağlı imzalanmış cərimə protokoluna 26 fevral tarixində baxılacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı bəzi nöqsanlar aşkarlanmışdı. Məlum olmuşdu ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı işə Sumqayıt Apellyasiya Məhkəməsində 26 fevral tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, son günlər özəl klinikalarda fəaliyyət göstərən həkimlərin lisenziyasının olub-olmaması ilə bağlı araşdırma və yoxlamalar aparılır. Bir çox klinikanın həkiminin lisensiyası ləğv edilib. (Tia.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031