Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı

17-05-2025, 12:52 706 dəfə baxılıb

 

Keçmiş məhkəmə sədri Vladimir Ruvinov pensiyasının az hesablandığını əsas gətirərək məhkəməyə müraciət edib.
 Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 15 il hakimlik etmiş 67 yaşlı Ruvinov daha çox pensiya almalı olduğunu bildirib.
V.Ruvinov iki il əvvəl təqaüdə göndərilib. Həmin vaxtdan da ona 8 min 133 manatlıq orta aylıq maaşın 51 faizi və əlavələrlə birlikdə aylıq 4615 manat əmək pensiyası kəsilib. Lakin Ruvinov bu məbləğlə razılaşmır, daha çox pensiya almalı olduğunu düşünür. O, pensiyanın son iki ilin orta aylıq maaşının 80 faizi əsasında yenidən hesablanmasını və aradakı fərqin ödənilməsini tələb edib.
Eks-hakimin iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb.
Cavabdeh qismində tanınmış Dövlət Sosial Müdafiə Fondu isə tələbi əsassız sayaraq iddiaçının hakim olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsaslandığını bildirib. Fondun nümayəndəsi məhkəmədə qeyd edib ki, Vladimir Ruvinov pensiya hüququnu 2023-cü ilin dekabrında əldə edib, həmin səbəbdən əvvəlki qanunlara əsaslanmaq düzgün deyil.
Buna baxmayaraq, məhkəmə keçmiş hakimi haqlı hesab edib, onun pensiyasının yenidən hesablanmasına qərar verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı təsdiq edib. Fondun şikayəti rədd edilib.
Qeyd edək ki, Vladimir Ruvinov əvvəllər Sumqayıt və Xaçmaz rayon məhkəməsinin hakimi, daha sonra təqaüdə çıxana kimi Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri işləyib.
 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031