Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO

15-05-2025, 10:28 797 dəfə baxılıb

 

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında rüşvət baş alıb gedir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu haqda Hurriyyet.az-a oxucular tərəfindən məlumat verilib. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən oxucumuz bildirir ki, hospitala müraciət edən vətəndaşlardan aşkar şəkildə rüşvət yığılır.

"DSX-nin Hərbi Hospitalının rəisi, polkovnik Şükür Eyvazov və şöbə rəisi Yeganə Əliyeva Hərbi Hospitalın ərazisində saxta ROSİBEBEK adlı klinika açıblar. Yəni "xəstəxana içərisində xəstəxana" fəaliyyət göstərir", - deyə şikayətçi bildirir ki, vətəndaşlardan "xidmət haqqı" kimi pul toplanılsa da, çek verilmir:

"Hərbi Hospitala gələn mülki vətəndaşlar pul ödənişləri üçün dövlət büdcəsinə bağlı olan kassaya deyil, hospitalın daxilində yaradılan saxta klinikanın saxta kassasına yönləndirilir. Bu yolla vətəndaşlardan rüşvət yığılır. Yığılan pullar dövlət büdcəsinə yox, ciblərə gedir".

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031