Dilavər Babaşov qardaşı övladları üz-üzə.: "Azərbaycanda 16 milyonluq biznes davası:

15-05-2025, 10:17 493 dəfə baxılıb

  

Sabirabad "Quşçuluq" şirkətinin təsisçisi Dilavər Babaşov doğma qardaşının övladlarından şikayətçidir.

Yenisirvanli.İnfo.Az  ATV-yə istinadən məlumat verir ki, həmin şəxslər etibarından sui-istifadə edərək fabriki onun əlindən almağa çalışıblar.

Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş:

"Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim", - deyə Babaşov bildirib.

Xatırladaq ki, Dilavər Babaşovun qardaşı Adışirin Babaşov da iş adamı olub. O, 2021-ci ildə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031