Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

15-05-2025, 10:03 608 dəfə baxılıb

Suraxanı və Xəzər rayonu ərazisində su olmayan ərazilərə su satışı həyata keçirənlərin fəaliyyətində problemlər yaranıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Sitat.info-ya daxil olan məlumata görə, Binə qəsəbəsinə su daşıyan su maşınlarından aylıq 300 manat haqq tələb edilir.
Vermədikləri halda onların gündüz fəaliyyətinə qadağa qoyulacağı, yalnız gecə saat 23:00-dan, səhər saat 6:00-a qədər çalışa biləcəkləri bildirilib.

Saytımıza daxil olan məlumata görə, gündüz işləmək istəyən su maşınlarından aylıq 300 manat tələb ediblər. Bu səbəbdən qurumla su satıcıları arasında narazılıq olub. Daha sonra bu məbləği 200 manata endirməyə məcbur olublar.
Hazırda Binə qəsəbəsində qeyri-müəyyən vəziyyət davam edir və su satışı dayandırılıb. Hansı qurumun su maşınlarına bu tələbi qoyması ilə bağlı konkret məlumat yoxdur, bu istiqamətdə dəqiqləşdirmə aparırıq.

Bildirilib ki, bir neçə su maşını eyni səbəbdən Suraxanı Rayon Polis İdarəsi tərəfindən cərimələnib.

Qeyd edək ki, illərdir kütləvi məskunlaşmaya baxmayaraq Binə qəsəbəsinin bir çox ərazilərinə su xəttinin çəkilməməsinin əsas səbəbi ADSEA-nın və onun sələfi “Azərsu”nun maşınlarla əraziyə su satışı həyata keçirməsidir. 1 ton suyun 7 manata satıldığını nəzərə alsaq, bu minlərlə ailənin aylıq 100 manat su üçün pul ödəməsi deməkdir. Qurum artıq bunu bir biznesə çevirib. Və yaxın ərazilərə qədər gələn su xəttinin davamını çəkmir. Qəsəbənin az qala 50 faizi su üzünə həsrətdir.

Qarşıdan qızmar yay gəlir, aztəminatlı insanları su ilə sınanması heç bir qanuna, qaydaya sığmır. Sitat.info 


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031