Yasamalda Köhnə və kimsəsiz qəbirlər dağıdılaraq SATILIR-PULA GÖRƏ....

10-05-2025, 14:30 503 dəfə baxılıb

 

Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıqda uzun illərdir ziyarətçisi olmayan qəbirlərin dağıdılaraq satışa çıxarıldığı iddia olunur.

Yenisirvanli.İnfo.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən vətəndaş danışıb.

 

Onun sözlərinə görə, boş yer olmadığından içərisində meyit olan qəbirlər təklif olunub:

 

"Hansını istəyirsinizsə, seçə bilərsiniz" dedilər. Həmçinin bu proses heç bir sənədləşmə olmadan həyata keçirilir. "Bu qəbirlər bizim nəzarətimizdədir, illərdir ziyarətçiləri yoxdur, kimsəsizlərdir" - deyə bildirildi".

 

Şikayətçi əlavə edib ki, tullantılarla gizlədilmiş bəzi qəbirlər ustalıqla yandırılaraq izlər ört-basdır edilir.

 

Məsələ ilə bağlı Yasamal Rayon Bələdiyyəsindən bildirilib ki, 2019-cu ildən bu günə qədər vəfat edən şəxslərin yaxınları dəfn üçün müraciət etdikdə, onlara qəbiristanlığın 1940-cı ildə salındığı və 1974-cü ildən etibarən bağlandığı barədə məlumat verilib.

 

Qeyd olunub ki, yeni yer olmadığından ailələrin razılığı əsasında yaxın qohumların ətrafında, yaxud şəriətə uyğun şəkildə, 25 ildən çox müddət keçmiş qəbirlər açılaraq yenidən dəfn həyata keçirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031