Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

9-05-2025, 11:15 606 dəfə baxılıb

 

Sumqayıtda "ağacların qənimi" kimi tanınan Rzayev Telman Bəylər oğlu yeni obyekt tikdirir. 
Yenixeber.org: Xatırladaq ki, 2 il öncə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, "Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarını qanunsuz olaraq budamış vətəndaş Rzayev Telman Bəylər oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunmuşdu. Amma görünür, nazirliyin cərimə sanksiyası həmin vətəndaş üçün yetərli olmayıb. Çünki həmin vətəndaş pul qazanmaq xatirinə ekologiyaya qənim kəsildiyini bir daha sübut edib və onu cərimələyən nazirliyə özünəməxsus tərzdə cavab verib. Əgər həmin gün 1,5-2 metr hündürlükdə budanmışdısa, sonra isə həmin ağaclar kökündən çıxarılıb və yerləri torpaqla doldurulub.
Həmin günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizəsi Şöbəsində sektor müdiri vəzifəsində çalışan Raqub Mirzəyev qeyd etmişdir ki, ərazi nazirlik tərəfindən nəzarətə götürüləcək və orada heç bir tikinti işlərinin aparılmasına yol verməyəcək.
R.Mirzəyev qeyd olunan məsələ ilə bağlı aidiyyatı dövlət strukturlarına müvafiq məktublar göndəriləcəyini bildirmişdir. Onun sözlərinə görə, məsələnin məktublarda bu qurumlar tərəfindən də nəzarətə götürülməsi və yeni ağacların əkilməsinin təmin olunması tələb olunacaq.
Belə məlum olur ki, görülən tədbirlər ölkə ekologiyasına qənim kəsilmiş  Rzayev Telman Bəylər oğlunun qarşısını ala biləyib...

Belə ki, Yenixeber.org-a daxil olan məlumata görə, Telman Rzayev Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Böyük Qafqaz küçəsinin kəsişməsində yeni ticarət obyekti tikdirdirir. Ümumi sahəsi 448 molan obyektin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirirlir. 


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031