İcra başçısının müavini “Azəriqaz”dan narazıdır: Kəndlər qazlaşdırılmır

9-05-2025, 10:42 608 dəfə baxılıb

 

“Azəriqaz” İstehsalat Birliyi baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən forumdakı çıxışında təmsil etdiyi qurumun hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərdiyini, onun illik qaz qəbul və satış həcmini 8,4 milyard kubmetrə çatdırdığını bildirib. Bununla belə hələ də təbii qazla təmin olunmayan yaşayış yerləri də var.

Yenisirvanli.İnfo.Az modern.az-a istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov açıqlamasında bildirib ki, Lerikə ilk dəfə qaz xətti Prezident İlham Əliyevin əmri ilə 2006-cı il oktyabrın 23-də çəkilib. Hazırda rayonun 162 yaşayış məntəqəsindən cəmi 61-i qazlaşdırılıb:

“Geri qalan 101 məntəqə isə qazlaşdırılmayıb. Dəfələrlə “Azəriqaz” İB-yə müraciət etsək də, bizə cari ildə və qarşıdakı bir neçə ildə qazlaşdırma prosesinin aparılmayacağı bildirilib. Bu da əhalini narahat edir”.

“Hətta qaz xətti üzərində yerləşən, cəmi bir neçə metr aralıda yerləşən yaşayış məntəqələri belə qazlaşdırılmır. Bu da əhalinin haqlı narazılığına səbəb olur”, – H.Məlikov bildirib.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031