Xanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı

7-05-2025, 12:29 105 dəfə baxılıb

Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən "Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binası satılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, sözügedən binanın 14 milyon manata satıldığı deyilir.

"Avesta Konserni”nin sahibi, iş adamı hacı İbrahim Nehrəmliyə məxsus olmuş binanın yeni sahibi də məlum olub. Belə ki, "Avesta Konserni” binasının yeni sahibi Azərbaycanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin oğlu Elşən Vəliyevdir.

Hazırda da Elşən Vəliyev sözügedən binada ofislərin təhvil-təslimi işinə rəhbərlik edir.

Elşən Vəliyev ixtisasca hüquqşünasdır, Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisidir.

Binanın yeni səhmdarlarından digər birinin isə Dubaydan olan iş adamı olduğu deyilir.

Xatırladaq ki, "Avesta Konserni” 1996-cı ildə fəaliyyətə başlayıb.

Mənbə: Demokrat.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031