TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır..

Bu gün, 13:30 305 dəfə baxılıb

"Əslində Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunana qədər də özünün TƏBİB şefi tərəfindən necə himayə olunduğunu həm hiss etdirirdi, həm də elan edirdi. Görünəni o idi ki, hörmətli BAŞ TƏBİB Vüqar Qurbanov cənabları ayağında böyük yeyinti olmasına rəğmən onu Sumqayıtdan TƏBİB-in İcraçı direktoru vəzifəsinə daşımaqla, həm də Səkinə Sadıxovanı hüquq-mühafizə orqanlarından qorumuş oldu. Amma hara qədər..."

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Dia-az"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Xatırlada ki, Səkinə Sadıxovadan əvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Lakin keçən ilin dekabrında həmin posta təyinat alan Səkinə Sadıxova Vüqar Qurbanovla sıcaq münasibətləri sayəsində özünə yeni səltənət qurmaq svedasına düşüb.

Bu barədə isə dünən məlumat yayıldı. Xəbərdə deyilirdi ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin edib.

Bəli, bu faktın özü belə əsas yaradır ki, Sakinə xanımın fəaliyyəti araşdırılsın. Hər halda şakara çıxan fakt əgər budursa, görün, bu xanım gizlin olaraq hansı işləri çevirir. Bunu isə gərəkən qurumlar, yəni hüquq-mühafizə orqanları araşdırmalıdır.

Mümkün deyil ki, Sumqayıtdakı əməllərinə rəğmən yaxasını hüquqi cavabdehlikdən kənarda tuta bilən Sadıxova bu dəfə də himayədarları hesabına istədiklərinə - qanunsuzluqlara davam edə bilsin...

Doğrudur, Vüqar müəllim hələ də iş başındadır və qılıncının hər iki üzü kəsir. Amma dövlətin qarşısında onun qılıncı paslı tiyədən başqa bir şey deyil..."(Dia-az)

Məsələ diqqətimizdədir...


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930