SMTS şirkəti bir gündə iki tender uddu: 73 milyon manat nəyə xərclənəcək?

26-04-2025, 13:18 207 dəfə baxılıb

 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bir gündə iki tender keçirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, xidmət onların nəticələrini dünən açıqlayıb.
Məlum olub ki, həmin tenderlərdən biri Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin satın alınmasını ehtiva edir. Bunun üçün nəzərdə tutulan vəsaitin məbləği isə 36 milyon 586 min 240 manat təşkil edib.
Elə həmin gün Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin görülməsi üçün də 36 milyon 536 min 755 manat ayrılıb.
Hər iki tenderin qalibi SMTS MMC olub.
Bu şirkətin ötən il udduğu tenderlərin sayı da iki olub. Onlardan biri AzİnTeleCom MMC ilə bağlıdır. Belə ki, “Hökumət buludu layihəsi çərçivəsində tikinti işləri üçün hazirlıq işlərin satın alınması” üzrə keçirilən müqabiqəyə görə, şirkət 6 milyon 348 min 960 manatlıq müqavilə bağlayıb.
Xatırladaq ki, “SMTS” MMC 2007-ci ildə yaradılıb. Baş ofisi Bakı şəhəri, H.Əliyev prospekti 105 ünvanında yerləşir. Şirkət rəhbəri Ağalar Allahyarovdur.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930