Həkimlər nə deyir? – Əvəz Zeynallı səhhətindən DANIŞDI

26-04-2025, 13:17 366 dəfə baxılıb

 

“İlk növbədə sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün tələb olunan müayinələrdən keçməliyəm”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı deyib.

O bildirib ki, müayinələrin nəticələrindən sonra həkimlər nə tövsiyə etsə, ona uyğun müalicə metodu seçiləcək:

“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram”.

Xatırladaq ki, aprelin 25-də “Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhəti ilə bağlı cəzadan azad edilib. Əvəz Zeynallının bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxduğu bildirilib.

O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri, Elnur Şükürov isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930