“Yapı Kredi Bank”da nə baş verir? – Bankdan 147 milyon manat çıxarılıb

23-04-2025, 10:38 244 dəfə baxılıb

 

Bu ilin birinci rübündə Azərbaycan bank sektorunda bəzi bankların depozit portfellərində nəzərəçarpacaq azalma müşahidə olunub. Statistik göstəricilərə əsasən, ən ciddi geriləmə “Yapı Kredi Bank Azərbaycan” QSC-də qeydə alınıb – bankın depozit portfeli nisbi dinamikada 28%, mütləq dinamikada isə 147.7 milyon manat azalıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  ikinci ən böyük azalma “Bank Respublika” ASC-də baş verib – bankın depozit portfeli müvafiq olaraq 10%, 135,8 milyon manat azalıb. Ardınca “”Ziraat Bank Azərbaycan” ASC gəlir – bu bankda da depozit portfelində 17% (93.5 milyon manat) azalma qeydə alınıb.

“PAŞA Bank” ASC-nin depozit portfeli 89,3 milyon manat azalıb ki, bu da nisbi dinamikada 1 % təşkil edib. “Azər Türk Bank” ASC-də isə azalma 5% və ya 77,7 milyon manat təşkil edib.

“Yelo Bank” ASC 2%-lik (15,3 milyon manat), “Bank Avrasiya” ASC isə 9%-lik (5,6 milyon manat) azalma ilə siyahını davam etdirir. “AFB Bank” ASC-də 2% (2,2 milyon manat), “Bank Melli İran”ın Bakı filialında isə 1% (300 min manat) geriləmə müşahidə olunub.

Qeyd edək ki, rüb ərzində depozit portfeli üzrə ən çox dinamika müşahidə edilən bank “Azərbaycan Beynəlxalq Bankı” ASC olub. Belə ki, bankın depozit portfelinin həcmi mütləq dinamikada 121,9 milyon manat artıb.Veteninfo



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930