Qubanın keçmiş İcra başşçısı qəfil öldü-FOTO

22-02-2025, 18:03 5 dəfə baxılıb

 

Azərbaycanın general icra başçısı olmuş Ərziman Əliyev vəfat edib...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Ə.Əliyevin yaxınları tərəfindən məlumat verib.

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib. 2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. (Sfera.az)

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031