Deputatın şirkəti 51 milyonluq tender uddu: İTM yenə “Avromed”lə anlaşdı

18-04-2025, 10:28 170 dəfə baxılıb

 

Səhiyyə Nazirliyinin tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi bu gün iri tenderlərdən birini keçirib və nəticəsini açıqlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, həmin tender “Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satin alınmasını əhatə edib.
Açıqlamaya görə, tenderin qalibi “Avromed Company” QSC olub. Müqüavilənin dəyəri isə 51 milyon 214 min 262 manat təşkil edib.
Xatırladaq ki, bu, İnnovasiya və Təchizat Mərkəzi ilə “Avromed” arasında ilk tender anlaşmçası deyil. Ötən il dövlət qurumu əksər tenderlərini məhz bu şirkətə vermişdi.
Bildirək ki, “Avromed” ölkədə ən iri dərman şirkətlərindən biridir.

Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olmasına dair açıq mənbələrdə məlumatlar var. Tia.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930