Seldə ölənlərdən biri sabiq deputatın bacısı oğludur

17-04-2025, 17:57 246 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.

Mərhum bu gün dəfn edilib.

Qeyd edək ki, İ.Yusifov da uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da "Siyəzən Oil" neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı, Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031