“Hacı Mazan”ın məşhur oteli satılıb? – Qardaşı oğlu rəhbərlikdən ayrıldı

16-04-2025, 18:23 83 dəfə baxılıb

 

“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus “Viləş Palace Hotel”in qanuni təmsilçisi dəyişib.

Yenisirvanli.İnfo.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Zeynalov Vüqar Məhərrəməli oğlu “Viləş Palace Hotel” MMC-nin qanuni təmsilçisiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.

Qanuni təmsilçinin niyə dəyişdirildiyinin səbəbi bilinmir. Yüksək ehtimala görə, otelin təkcə qanuni təmsilçisi yox, sahibi dəyişib.

Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi.Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti “Viləş Palace Hotel” MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi “Viləş Palace Hotel” MMC rəhbərliyi tərəfindən zəbt olunub.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031