Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ

15-04-2025, 19:05 173 dəfə baxılıb

 

Müğənni Nura Suri “Azercell”in ad günü kampaniyasına etiraz edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, müğənni “Azercell” tarifinin istifadəçisi olduğu üçün şirkət onun telefonuna hədiyyə olaraq 30GB paketini aktivləşdirməsi üçün mesaj göndərib.

Nura Suri “Azercell”in kampaniyasına etirazını bu cür bildirib:

“Azercell”, 1 günlük 30 GB hədiyyənizi ehtiyacı olan birinə verin. Pulumla aldığım interneti heç 1 ay ərzində bitirmirəm, sizdə qalır”.

Nura Surinin paylaşımına gələn şərhlərdə də “Azercell”ə etirazlar bildirilib:

“Bu, rəsmən adamı lağa qoymaq mesajıdır. Ölkədə 7-8 operator olsaydı, digər üç operator at oynatmazdı…”

“Bir günlük 30 MG verməsə, bundan hörmətlidir”,

 

“Siz adama pulsuz heç nə verməzsiniz. Çox güman, nömrəyə SMS göndərildiyi üçün bir müddət sonra abunəçi xərcə düşəcək”.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031