Azərbaycan Ordusunun polkovniki qəfil öldü

22-02-2025, 10:49 4 dəfə baxılıb

 

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

Yenisirvanli.İnfo.Az “Teleqraf”a istinadən xəbər verir ki, 48 yaşlı zabit axşam yatıb və yuxudan ayılmayıb.

Qeyd edək ki, Azad Mahal oğlu Bağırov 1976-cı il avqustun 16-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.

 

1998-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Uzun illər ön xətdə kəşfiyyat bölmələrində xidmət edib. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. O, bu mükafata Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə layiq görülüb.

A.Bağırov Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən ehtiyata buraxılmışdı.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930