Gədəbəydə stadionu şumladılar: kartof əkəcəklər — FOTOLAR

12-04-2025, 14:07 1 dəfə baxılıb

 

Gədəbəy rayonunda mərkəzi stadionu şumlayıblar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə Gədəbəydən olan idman jurnalisti Anar Şabanoğlu məlumat yayıb.

“Yəqin görüblər ki, futbolçu yetişdirə bilmirlər, fikirləşiblər ki, bəlkə kartof yetişə.

Uşaqlığım bu stadionda keçib. Hava qaranlıqlaşana, göz topu görməyənə kimi futbol oynayırdıq”, – deyə jurnalist şumlanan stadionla bağlı xatisəini bölüşüb.

O xatırladıb ki, vaxtilə oyunlarını bu stadionda keçirən Gədəbəyin “Narzan” klubu Azərbaycan çempionatının I Liqasında çıxış edib.

“Bu stadionda bir çox tanınmış futbolçular, o cümlədən Zaur Tağızadə OİK-in heyətində qol vurmuşdu.

Şəhərin ən azı 2-3, kəndlərin hərəsinin ən azı 1 komandası olurdu. Rayon çempionatı keçirilirdi.

Sonra dedilər Fazil Məmmədov (keçmiş vergilər naziri-red.) stadionu alıb. Stadionu bağladılar, heç kimi buraxmadılar.

Nəhayət, deyəsən “təyinatı üzrə” istifadə etməyə başlayıblar.

İndi AFFA-dan soruşsan, deyəcəklər bizim balansımızda deyil, Gənclər və İdman Nazirliyi deyəcək biz bilmirik, İcra Hakimiyyətindən də soruşsan başqa bir sözlə yola verəcəklər.

Amma deyilənə görə stadionun torpağı özəlləşdirilməyib. Yəni, bu edilən özbaşınalıqdı.

Sonra deyirik ölkədə niyə futbol yoxdu…”, – jurnalist təəssüflə qeyd edib.(Modern.az)



Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031