"Xocavənd əməliyyatı” şəhidlərinin məzarları ziyarət olunub

10-04-2025, 10:51 256 dəfə baxılıb

 

II Fəxri xiyabanda 1997-ci il “Xocavənd əməliyyatı” şəhidlərinin (kəşfiyyatçıların) məzarları ziyarət olunub...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, ziyarətçilər arasında media, eləcə də ictimaiyyət nümayəndələri və onların ailə üzvləri iştirak ediblər.

Xatırladaq ki, 1997-ci il aprelin 7-də Azərbaycanın iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib.

Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqqında məlumatların toplanması, hərbi eşalonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.

Əməliyyat zamanı Azərbaycan Ordusunun 7 hərbçisi əsir düşməmək üçün özlərini partladaraq şəhid olublar, 1 nəfər isə əsir götürülüb. Əsir götürülən hərbi qulluqçu 1999-cu ilin mart ayında Azərbaycana qaytarılıb.

Şəhid olan hərbçilər II Fəxri xiyabanda dəfn olunub. Mərhum Prezident Heydər Əliyevin Fərmanı ilə şəhid olan hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif ediliblər."Report"  


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031