Emin Ağalarovun adından dələduzluq -“Sizə maliyə azadlığı təklif edirəm”

9-04-2025, 18:40 107 dəfə baxılıb

 

Xalq artisti Emin Ağalarovun adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Emin vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara müxtəlif vədlər verirlər. O, izləyicilərini bu tip videolara inanmamağa çağırıb:

“Dostlar ehtiyatlı olun, dələduzlar var. İnternetdə süni zəka ilə yaradılan video yayılıb. Yeri gəlmişkən, çox da yaxşı hazılanıb. Düzdür, səs o qədər də oxşamır, amma mimika və danışıq bənzəyir.

Orada deyir: “Sizə maliyə azadlığı təklif edirəm”. Bu, mən deyiləm. Onlar dələduzlardır. Onlara qulaq asmayın. Heç bir platformada heç kimə gəlir vəd etmirəm. Bunlara inanmayın”.(Yenisabah)



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930