Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı- FOTOLAR

9-04-2025, 18:16 156 dəfə baxılıb

 

Trendyol Group-un vitse-prezidenti şirkətin Azərbaycandakı hədəflərindən danışdı

Trendyol Group-un vitse-prezidenti, Türkiyə E-ticarət Məclisi başqanı Ozan Acar, Azərbaycanda e-ticarət günləri tədbirində şirkətin Azərbaycandakı 2028-ci il üçün hədəflərini açıqlayıb. Acar bildirib ki, 2028-ci ildə Trendyol 3 milyon müştəri, 60 milyon məhsul çatdırılması və 1 milyard dollarlıq ixracat həcmini planlaşdırır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, şirkət rəsmisi vurğulayıb ki, gün Trendyol Azərbaycanın ən çox istifadə olunan e-ticarət platformasıdır və hazırda Azərbaycanda 2 milyondan çox istifadəçiyə xidmət göstərir.

Vitse-prezident həmçinin şirkətin sosial məsuliyyət layihələrinə verdiyi dəstəkdən də bəhs edib: “Qadınların səlahiyyətləndirilməsi, təhsil və rəqəmsallaşma kimi mövzularda Pasha Holding, Nərgiz Fondu, Birləşmiş Millətlər Təşkilatı kimi tərəfdaşlarla birlikdə cəmiyyətə fayda verməyə çalışırıq”.

Trendyol texnologiya sahəsində də mühüm addımlar atır. PASHA Holding ilə texnologiyaların inkişafını və yeni təşəbbüsləri dəstəkləyən “InMerge Venture” Fondunun birgə yaradıldığını açıqlayan Acar, həmçinin, InMerge İnnovasiya Sammitini bu il üçüncü dəfə dəstəklədiklərini bildirib.

Ozan Acar Azərbaycanın Trendyolu olaraq hər gün daha yaxşısını etmək üçün fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930