Qəhrəman gizirimiz həlak oldu - Foto

9-04-2025, 12:01 236 dəfə baxılıb

 

Azərbaycanın qəhrəman övladlarından biri 44 günlük Vətən Müharibəsinin iştirakçısı, 25 il hərbi peşəsində qüsursuz xidmət göstərən, bütün hərbi əməliyyatlarda xüsusi ustalıqla və fədakarlıqla iştirak edən baş gizir Məhəbbət Həsənov vəfat edib...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, ilkin məlumata görə, onu avtobus vurub. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Həsənov hərbi xidmətdəki illər ərzində göstərdiyi yüksək peşəkarlıq və vətənə olan bağlılığı ilə tanınırdı. O, bir çox döyüş əməliyyatlarında ön sırada yer alaraq, özünü qəhrəmanlıq və cəsarət nümunəsi kimi tanıtdı. Vətən müharibəsi zamanı göstərdiyi hünər və fədakarlıq onun adını tarixə yazdırıb.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930