Baş nazir vacib QƏRAR imzaladı

8-04-2025, 18:40 59 dəfə baxılıb

 

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi qaydasına dəyişiklik edilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, mövcud qanunvericiliyə əsasən, yuxarıda nəzərdə tutulan tədbirləri Sosial Xidmətlər Agentliyi həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Yuxarıda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.

Əvvəlki il Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il fevralın 1-dək Fonda təqdim edir.

Yeni qərarla bu vəzifə və səlahiyyətlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də aid ediləcək.



 Yenisirvanli.İnfo.Az xəbər  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930