Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Şamaxılı Cavid" kabusu -İLGİNC FAKTLAR

8-04-2025, 18:34 167 dəfə baxılıb

 

Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir. Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki,  baş verənlərlə bağlı Yenixeber.org redaksiyasına daxil olan məlumata görə, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində “dollar Cavid” kimi tanınan, əslən Şamaxıdan olan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Cavid adlı şəxs bir müddət gəlirli işlərdən uzaq saxlanılıb və bu dövrdə Ramin Abdullayevə qarşı qara piar kampaniyası təşkil edib. Mətbuatdakı emissarları vasitəsi ilə, Arxitektura və Şəhərsalma Komitəsi və Ərazi Tikinti Planlaşdırma Mərkəzi haqqında tənqidi materiallar təşkil edən “Şamaxılı Cavid”in AAF parkdakı qalmaqallı tikinti və bir çox bu kimi faktları mətbuata ötürdüyü bildirilir. Bu prosesdən sonra özünün idarədəki mövqelərini möhkəmlədən Cavid müəllim qısa müddətdə səs-küylü layihələrə imza atıb. Bununla bağlı mənbənin AzToday.org-a bildirdiyinə görə Sumqayıt bulvarında, Biləcəri qəsəbəsində və bu günlərdə Əcəmi metrostansiyası yaxınlığındakı ağac kəsilməsi ilə müşayət olunan qanunsuz tikililərin xeyir-duasını məhz Cavid müəlim verib.

Əmlak komitəsində yüksək vəzifə sahibləri ilə əlaqələr quran bu bacarıqlı məmur iş adamlarının qanunsuz tikililərinə qanun donu geyindirməklə milyonlar qazana bilir. Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir. Onun 621 avtomobil seriyasına isə marağı ayrıca bir mövzudur...Yenixeber.org



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930