Sabiq deputatın binasının damında mansard tikilir? – FOTOFAKT

7-04-2025, 11:05 459 dəfə baxılıb

 

Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib.

Musavat.com xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır.

“Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökürlər. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük risk almış olacaqlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlansa da tədbir görülmür”- deyə müraciətdə qeyd edilir.

Məsələ ilə bağlı MTK-dan münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki, sabiq deputatın biznesinə “Happy inn” otel, “Kəpəz Hospital” və “Kəpəz Group” da daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031