Mayın 1-dən Gürcüstana dəmir yolu açılacaqmı? – AÇIQLAMA

3-04-2025, 18:43 79 dəfə baxılıb

 

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması gözlənilir. Sözügedən tarixə artıq sayılı günlər qalıb. Ancaq Azərbaycan rəsmilərindən bununla bağlı gözlənilən heç bir açıqlama verilməyib. Bu da qonşu Gürcüstana yolun açılması ehtimalını azaldır. Maraqlıdır, iki ölkə arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa olunacaqmı?

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, mövzu ilə bağlı Tribunainfo.az-a danışan Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, hələlik Azərbacan tərəfdən belə bir açıqlama yoxdur. Ancaq Gürcüstan rəsmilərinin israrı və istəyi var:

“Bu yolun açılması Gürcüstan üçün daha vacib görünür. Çünki turizmin inkişafı və Azərbaycandan gələn sərnişin sayının çoxalmasını istəyirlər. Ancaq Azərbaycan tərəfdən hələlik rəsmi təsdiq yoxdur. Yeganə rəsmi məlumat “Azərbaycan Dəmir Yolları” rəsmilərindən birinin bununla bağlı açıqlaması idi ki, dəmiryolları olaraq buna hazırdılar. Sadəcə buna bir siyasi qərar lazımdır ki, bu qərardan sonra dəmir yolları bu işə başlaya bilərlər”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930