Məhkəmə Ceyhun Cəfərovun xüsusi müsadirə edilən torpaq sahəsi ilə bağlı qərar verdi

3-04-2025, 11:19 47 dəfə baxılıb

 

Şirvan Apellyasiya Məhkəməsində Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş və bir müddət əvvəl azadlığa buraxılmış icra başçısı Ceyhun Cəfərovun əmlakı ilə bağlı məhkəmə qərardan həyat yoldaşı tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, eks-icra başçısının həyat yoldaşı müdafiəçi vasitəsi ilə birinci instansiya məhkəməsinin hökmünün Ceyhun Cəfərova münasibətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyani torpaq sahəsinin xüsusi müsadirə edilməsi hissədə ləğv edilməsi və əmlak üzərində olan həbsin götürülməsi xahiş olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib.

Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb.

Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilib. Bu ilin fevralında isə Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.

Xatırlatma: Ceyhun Cəfərovun həyat yoldaşı sözügedən əmlakla bağlı məhkəməyə müraciəti edən zaman keçmiş icra başçısının cəzaçəkmə müddəti hələ yekunlaşmamışdı. Həmin qərar Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatandan sonra çıxarılıb.Pravda.az

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930