“Sipark İnşaat” 6 ildir evimizi təhvil vermir – Şikayət

3-04-2025, 10:50 168 dəfə baxılıb

“Sipark İnşaat” şirkətinin Bakının Təbriz küçəsində inşa etdiyi pilot layihənin tikintisi illərdir yekunlaşmır. Sözügedən binadan mənzil alan sakinlər illərdir kirayələrdə qalmaqdan təngə gəliblər.


  Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tribuna.info-ya yazan sakinlər bildirib ki, artıq 6 ildir kirayədə qalıblar. 6 ildir onlara binanın tezliklə təhvil veriləcəyi deyilsə də, heç bir yenilik yoxdur. Sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı “Evrostoy – S” MMC olan “Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir. Sakinlər bildirib ki, onlar kirayələrə köçürülən zaman bina təhvil verilənə qədər kirayə haqlarının ödəniləcəyi deyilsə də, artıq o da ödənmir. Sakinlər 6 ildir həm evlərindən olublar, həm də əlavə xərcə düşərək aylıq kirayə haqqı ödəyirlər. Problemləri ilə əlaqədar müraciət etmədikləri yer qalmayan sakinlər gözləməkdən bezib. Sakinlər tezliklə şirkətlə bağlı tədbir görülməsini, onları şəxsi mənzilləri ilə təmin edilməsini tələ edir.
Qeyd edək ki, qalmaqallı tikinti şirkəti olan “Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri də ya yarımçıq dayanıb, ya işlər çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır. “Sipark”ın və onun rəhbəri Seymur İsayevin adı da tez-tez müxtəlif qalmaqallarda çəkilir.
Qarşı tərəfi dinləməyə hazırıq.

 Yenisirvanli.İnfo.Az xəbər  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930