Abid Şərifovun şirkətinin 1,3 milyon borcu var – Direktora “stop” qoyuldu

2-04-2025, 19:47 107 dəfə baxılıb

 

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən “Evrascon” şirkətinin dövlətə olan borcu yenidən artıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb.

Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930