Bakıdakı uşaq sığınacağında VİRUS YAYILIB - Vəziyyətləri ORTA AĞIRDIR

2-04-2025, 10:37 259 dəfə baxılıb

 

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, iki uşaq xəstəxanada, altı uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.

"Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var", - deyə K.Ağazadə bildirib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031