Keçmiş vəkil Elman Paşayevlə bağlı məhkəmə qərarı qanuni hesab edilib

1-04-2025, 18:29 106 dəfə baxılıb

 

Moskvanın (Rusiya) İkinci Qərb Dairə Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda və dələduzluğa cəhddə ittiham olunan keçmiş vəkil Elman Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda bildirilib.

Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarı qanuni hesab edilsin", - hakim qərarı elan edib. Məhkəmə mart ayının ortalarında E.Paşayevin həbs müddətini mayın 15-dək uzadıb.

Məhkəmə iclasında E.Paşayev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Onun vəkilinin sözlərinə görə, təqsirləndirilən şəxsin 19 mükafatı var. Bundan başqa, o, həbs olunana qədər xidmət etdiyi hərbi hissə üçün təxminən 500 pilotsuz uçuş aparatı alıb.

Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti E.Paşayevin işi üzrə istintaqın başa çatdığını bildirib. O, RF Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi və 30-cu maddəsinin 3-cü hissəsi ilə (xüsusilə böyük məbləğdə dələduzluq və dələduzluğa cəhd) ittiham olunur.“Report”  

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930